AZ

Ruslar yenə də təzə "Toyota"ala bilməyəcək

Toyota Rusiyaya yeni avtomobillərin ixracını və bu ölkədə təzə avtomobil satışını bərpa etmək niyyətində deyil. 

Avtosfer.az xəbər verir ki, bunu Qərb mediasına müsahibəsində “Toyota Motor Europe”un kommunikasiya direktoru Kaori Xaseqava bildirib. Onun sözlərinə görə, ixrac bərpa olunarsa şirkət dərhal sanksiya siyahısına düşəcək. 

Qeyd edək ki, Ukrayna müharibəsinə görə Yaponiyadan Rusiyaya avtomobil ixracına ciddi məhdudiyyət tətbiq edilib. Ölkəyə Asiyadan çox sayda işlənmiş Toyota gətirilsə də, bu, rusları qane etmir. Sanksiyalara qədər Toyota Rusiyada ən çox satılan 5 avtomobil siyahısında yer alıb.

Vüqar

Seçilən
13
1
avtosfer.az

2Mənbələr