AZ

Fox News: Tramp Amerika bayrağının təhqir olunmasını cəzalandıran fərman imzalayacaq

ABŞ prezidenti Donald Tramp Amerika bayrağının təhqir olunmasını, o cümlədən onun yandırılmasını cəzalandıran fərman imzalayacaq.

Bu barədə Fox News telekanalı məlumat yayıb.

Kanalın əldə etdiyi məlumata deyilir: "Amerika bayrağı Amerika Birləşmiş Ştatlarının ən müqəddəs və ehtiramlı simvoludur və onun təhqir edilməsi mahiyyətcə təhqiredici və təxribatçıdır. Bu, ölkəmizə qarşı hörmətsizliyin və düşmənçiliyin əlamətidir və xarici qrupların amerikalıları qorxutmaq və zorakılıqla hədələmək üçün istifadə etdiyi bir hərəkətdir".

Bildirilir ki, fərmana əsasən, ölkənin baş prokuroru bu qanunu pozan şəxsləri məhkəmə icraatı ilə məşğul olmağa, həmçinin məsuliyyətə cəlb etməyə borcludur.

Seçilən
6
aznews.az

1Mənbələr