"Level Leasing" ASC 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) 263 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2024-cü ili 387 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az xəbər verir ki, cari ilin ilk 6 ayı ərzində Şirkətin faiz gəlirləri 1 milyon 197 min manat, digər gəlirləri 54 min manat təşkil edib. 2024-cü ildə "Level Leasing"in faiz gəlirləri 2 milyon 690 min manat təşkil etmişdi.
30 iyun 2025-ci il tarixində şirkətin portfeli 9 milyon 844 min manat olub.
Qeyd edək ki, "Level Leasing" ASC-nin səhmdarları Qarayeva Mənzər İsrail qızı (52%), “Hermes Finance" ASC (38%) və Məmmədova Rəqsanə Abdulla qızıdır (10%).
31 dekabr 2024-cü il tarixində "Hermes Finance" ASC-nin səhmdarları Sadiq Səbinə (50%), Mehrəliyeva-Rzayeva Nuranə (22,67%) və Cəfərov Rəvan (28,33%) olub.