AZ

"Neftçi" xorvatiyalı basketbolçu ilə anlaşdı

"Neftçi" basketbol komandası daha bir legionerin transferini rəsmiləşdirib.

"Football-plus.az" xəbər verir ki, xorvatiyalı oyunçu Toni Perkoviç növbəti mövsümdə komandanın formasını geyinəcək. 27 yaşlı müdafiəçi 2016–19-cu illərdə Xorvatiyanın tanınmış "Cedevita" klubunda çıxış edib. O, həmçinin karyerası ərzində "Split" və "Orlean"ın uğurları üçün çalışıb. Son mövsümü isə İtaliyanın "Forli"də keçirib.

Qeyd edək ki, Toni Perkoviç Xorvatiya millisinin heyətində də çıxış edib.

Seçilən
14
4
football-plus.az

10Mənbələr