IX “Muğam” Televiziya Müsabiqəsinin finalının Laçında keçirilməsi olduqca qürurvericidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu gün biz həqiqətən o qələbənin hissini yaşayırıq.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə IX “Muğam” Televiziya Müsabiqəsinin Laçında keçirilən final mərhələsində tanınmış xanəndə, Xalq artisti Mənsum İbrahimov deyib.
“Müsabiqə iştirakçıları ələnə-ələnə gəlib, ən yaxşıları finala çıxıb. Bütün xalqımızı, muğamsevərləri təbrik edirəm. Heydər Əliyev Fonduna, xüsusi olaraq Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Mən bütün xalqımızı təbrik edirəm, xalqımız və mədəniyyətimiz üçün xeyirli uğurlu olsun. Muğam ifaçılığı sənətinə yeni səslər gəlir”, - deyə M.İbrahimov bildirib.