AZ

"Ay deputat, işsizlikdən, pensiyadan danış, şortikdən yox" - sosial media şərhləri

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Milli Məclisin üzvü Səbinə Salmanova yerli mediaya deyib ki, ölkədəki Şəhidlər xiyabanlarını şortiklə, qısa geyimlərlə ziyarət etmək qadağan edilməlidir.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

O, parlamentin payız sessiyasında bununla bağlı müvafiq qanun qəbul edilməsi məsələsini qaldıracağını söyləyib.

Səbinə Salmanovanın bu sözləri sosial mediada müzakirəyə səbəb olub. Bəziləri onun bu təklifini tənqid, bəziləri təqdir edib.

Bir sosial media istifadəçisi yazıb ki, pensiyadan, tələbələrin vəziyyətindən, 400 manatlıq minimum əmək haqqından, qadın qətllərindən danışmırlar, amma sitat "Amma Şəhidlər xiyabanınına şortiknən getməkdən danışmaq olar". Sitatın sonu.

Başqa biri hesab edir ki, deputatlar heç kəsə lazım olmayan məsələdən danışarlar, işığın, suyun, qazın niyə baha olmasından, ölkədə niyə işsizlik olmasından danışmazlar".

Riko adlı bir sosial media istidadəçisi yazır: "İşsizlik, iqtisadi sıxıntı, inflyasiya, demoqrafik böhran, sosial çürümə, - 25 yaşlı gənc olaraq bunları dedim, bəs sən nə deyirsən?" Sitatın sonu.

Başqa biri yazıb: "Ay deputat, get seçicilərlə görüş, onların problemləri ilə maraqlan. Sən Milli Məclisdə nə üçün oturmusan, şortik məsələsinə görə?".

Bir sosial media istidadəçisinə görə, bu, sitat: "Populuzm! Şəhid mövzusunun istismarı!"dır. Sitatın sonu.

Başqa biri yazıb ki, "Şəhidlərin ailələrinə yaxşı baxın, bəsdi. Geyim önəmsizdi".

Bir sosial media istifadəçisi isə deputatdan xahiş edir ki, işsizlik, uşaq pulu, haqsızlıq, hüquqsuzluq, aşağı əmək haqqı – bunlardan da danışsın.

Deputat Salmanovanı dəstəkləyənlər də hesab edirlər ki, yas məclislərinə necə uyğun paltar geyinilirsə, Şəhidlər xiyabanlarına da geyimdə açıq-saçıqlıq olmamalıdır.

Sitat: "Bəli! Olmaz! O müqəddəs məkana laqeyd münasibət bəsləmək olmaz!" Sitatın sonu.

Başqa bir istifadəçi yazıb: "Yaxşı təklifdir. Mən qardaşımın məzarını ziyarətə gedəndə dəfələrlə bəzi gənclərin abırsızcasına hırıltısını, qeyri-mədəni hərəkətlərini görüb mədəni şəkildə irad bildirsəm də veclərinə almayıb, ya sifət ediblər, ya da öz hərəkətlərinə davam ediblər". Sitatın sonu.

Video açılmırsa, Youtube kanalımızda baxın.

Seçilən
118
bbc.com

1Mənbələr