AZ

Gəncədə bıçaqlanan ana və oğulun SON DURUMU

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Gəncədə bıçaqlanma hadisəsi baş verib. Belə ki, Daşkəsən rayon sakini 55 yaşlı N.Paşayeva və onun oğlu O.Paşayev bıçaqlanıb və tibb müəssisəsinə yerləşdirilib.Onların son durumu ilə bağlı tibb müəssisəsindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, 25.08.2025-ci il tarixində saat 16:30 radələrində 2 nəfər (1 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

 

MÖVZU İLƏ BAĞLI:Gəncədə ailə faciəsi - Gəlin ərini və qayınanasını bıçaqladı

"Sol bazunun kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilən 1970-ci il təvəllüdlü və sol sarğının kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən 1996-cı il təvəllüdlü pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.Vəziyyətləri stabil olan şəxslərin müalicəsi müvafiq şöbədə davam etdirilir", - deyə məlumatda bildirilib.Qeyd edək ki, Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən O. Paşayevin həyat yoldaşı A. Məmmədova saxlanılıb.Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
bizim.media

1Mənbələr