AZ

Bütün Ukrayna xalqı Bakıdan gözlədiyi bəyanatı aldı...


Elşad Həsənov: “Azərbaycan dövləti Ukrayna xalqına humanitar dəstəyini bundan sonra da davam etdirəcək”

“Azərbaycan dost Ukrayna xalqına bundan sonra da lazımi humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Müstəqillik Günü münasibətilə Ukraynanın Prezidenti Volodimir Zelenskinyə ünvanlan təbrik məktubunda deyilir.

“Ərazi bütövlüyü və suverenlik məsələlərində ölkələrimizin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirməsi təqdirəlayiqdir. Azərbaycan dost Ukrayna xalqına bundan sonra da lazımi humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir”, - deyə məktubda bildirilib.

Siyasi ekspert Elşad Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, Rusiya- Ukrayna müharibəsi başlayan ilk günlərdə Azərbaycan Prezidenti Ukraynanın ərazi bütövlüyünü tanıdığını və dövlətimizin Ukrayananı dəstəklədiyini bildirdi: “Baxmayaraq ki, biz həmin dövrdə Rusiya ilə strateji müttəfiqlik bəyannaməsini imzalamışdıq. Ancaq uzun müddət Azərbaycanın özünün torpaqları erməni qəsbkarlarının işğalı altında olması səbəbindən biz işğalın nə oldğunu və ərazi bütövlüyünün bərpasının nə qədər çətin olduğunu gördük. Ona görə də biz hansı ölkə olmasından, gücündən, irqindən asılı olmayaraq, dövlətlərin BMT tərəfindən tanınan ərazi bütövlüyünü tanıyırıq, o cümlədən, dost Ukraynanın ərazi bütövlüyünü tanıyırıq. Onu da vurğulayım ki, doğrudan da Ukrayna xalqı ilə Azərbaycan xalqı arasında bir istilik, yaxınlıq, necə deyərlər, bir sevgi var. Çünki ukraynalılar uzun illər türklərin əsarətində olublar deyə biz-türk xalqına yaxın olublar. Məsələn, Ukraynada biləndə ki, biz Azərbaycandan gəlimişik, o zaman bizə xüsusi qayğı, diqqət göstərilir. Yadımdadır, hələ sovet dövründə biz Ukrayanın kurort şəhərlərində müalicə alanda orda bizə xüsusi diqqət, qayğı göstərilirdi. Amma biləndə ki, kimsə rusdur, Moskvadan gəlib, onlara münasibətləri mənfi idi, hətta mağazada onların suallarını cavablandırmırdılar. Mən həmişə təəccüblənirdim ki, bu niyə belədir. Çünki Qərbi Ukrayna Rusiya şovinizimin “dadını” görmüşdü, ona görə də Rusiyanı sevmirdilər.

Rusiyanın təcüvüzkar siyasətini yox, Ukraynanın ərazi bütövlüyünü dəstəkədik. Yəni Krimın Rusiya “ərazisi” olmasını dəstəkləmirik, qəbul etmirik. Baxmayaraq ki, Rusiya öz konstitutsiyasında Krımı Rusiyanın tərkibinə daxil edib, biz onu tanımırıq, Krımı Ukraynanın tərkib hissəsi sayırıq.

Müharibə başlayandan indiyə qədər Azərbaycan Ukraynaya humanitar yardımlar göstərib. Son zamanlar Rusiya və Azərbaycan arasında münasibətlər soyuyandan sonra Rusiya ilə Azərbaycan arasında müharibə olmasını istəyən qüvvələr guya Azərbaycan Ukraynaya gizlin silah satması, silah verməsi barədə mətbuatda feyk xəbərlər yaydılar. Təbii ki, bunlar hamısı yalandır. Çünki Azərbaycan müharibə aparan heç bir ölkəyə silah satmır, əksinə, müharibənin dayandırılmasını, sülh olmasını istəyir. Bu mənada Azərbaycan Ukraynaya ancaq humanitar yardımlar göndərir. Ölkəmizin göndərdiyi humanitar yardımlardan biri də elektrik avadanlıqlarıdır. Çünki Rusiya ilk növbədə Ukraynanın enerji təchizatı sahələrini bombardıman edir, onları sıradan çıxarır. Ona görə də biz onlara elektrik avadanlıqları, kabellər, ərzaq məhsulları, tibbi ləvazimatlar və sair göndəririk. Eyni zamanda Ukraynadan olan uşaqların reabilitasiyası ilə də Azərbaycan mütəmadi məşğul olur. Tez-tez valideynini itirmilş uşaqlar ölkəmizə gəlir, burda reabilitasiya olunurlar, istirahət edir, Azərbaycanla tanış olub ölkələrinə qayıdırlar. Azərbaycanın ukraynalı uşaqların reabilitasiyasını həyata keçirməsi də davamlı xarakter daşıyır”.

E.Həsənov qeyd etdi ki, bu gün Azərbaycan Ukraynaya humanitar yardım göstərir və bundan sonra da göstərəcək: “Azərbaycan dövləti Ukrayna xalqına humanitar dəstəyini bundan sonra da davam etdirəcək.

Biz bu müharibədə haqqın-ədalətin, beynəlxalq hüququn tərəfindəyik, bu müharibəni pisləyirik. Çünki iki qardaş xalq artıq 4-cü ildir ki, müharibə aparır, milyondan artıq insan bu müharibədə zərər çəkib, ölənlər, yaralananlar, qocalar, qadınlar, uşaqlar, bütün bunlar, Trampın dili ilə desək, ürək ağrıdır. Ona görə də ABŞ prezidentiçalışır müharibəni dayandırsın. Ancaq təəssüf ki, Rusiyanın apardığı təcavüzkar siyasət nəticəsində müharibəni hələ dayandırmaq olmur. Ona görə də, bu gün Ukraynanı təkcə Azərbaycan yox, dünyanın bütün tərəqqipərvər dövlətləri dəstəkləyir, onlara lazımı humanitar dəstək göstərirlər. Eyni zamanda ABŞ və Avropa dövlətləri onlara həm də hərbi yardım göstərirlər. Azərbaycan isə bu münaqişədə ancaq humanitar yardım göstərir. Azərbaycan istəyir ki, tezliklə müharibə dayansın və Ukraynada sülh və əminamanlıq olsun”.

İradə SARIYEVA

Seçilən
1
baki-xeber.com

1Mənbələr