AZ

SEPAH təhdid etdi: İsrailin İraq hava məkanından istifadəsi…

Axar.az saytına istinadən ain.az xəbər verir.

12 günlük müharibə zamanı İran hava məkanına daxil olmaq üçün İsrailin hərbi təyyarələri İraq səmasından istifadə edib və ya İraq səmasından İrandakı hədəflərə raketlər buraxıblar.

Axar.az xəbər verir ki, bu haqda SEPAH-ın siyasi bölməsinin həftəlik büllettenində bildirilib.

"İsrailin İraq səmasından istifadə edərək İranın hava məkanına sızması 12 günlük müharibə bitəndən sonra da davam edib", - məlumatda yazılıb.

Büllettendə İraq hökuməti İranın proksi qüvvələrinin aktivləşdiriləcəyi ilə təhdid edilib:

"Bağdad hökuməti hava hücumundan müdafiə sistemlərini yerləşdirməklə və ya İsrail qırıcılarının ölkə üzərində uçmasının qarşısını almaq üçün ABŞ-a təzyiq etməklə bu hava məkanı pozuntularını dayandırmalıdır. Əks halda, İraq müqaviməti ölkənin səmasını qorumaq üçün müdafiə sistemlərini yerləşdirməyə legitimlik qazanacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
4
axar.az

5Mənbələr