AZ

Prezidentin Türkmənistana səfəri zamanı bu məsələlərin aktuallığı bir daha vurğulandı Deputat

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Azərbaycan Prezidenti çıxışlarının birində qeyd etmişdi: "Bizim ailəmiz Türk dünyasıdır. Çünki başqa ailəmiz yoxdur”. Əslində, bu ailənin formalaşması birbaşa Azərbaycan Prezidentinin təşəbbüsü ilə bağlıdır”. Bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında deyib.O əlavə edib ki, bütün bu hallarda Azərbaycanın coğrafi mövqeyi önə çıxır:“2009-cu ildə Naxçıvanda Türk dilli dövlətlərin əməkdaşlıq təşkilatının yaradılması və 2021-ci ildə bu təşkilatın Türk Dövlətləri Təşkilatına çevrilməsi Azərbaycanın xarici siyasətində Türk dövlətləri ilə əməkdaşlığın əsas prioritetlərdən biri kimi müəyyənləşdirildiyini göstərdi.

Hazırda bu istiqamətdə atılan addımlar ortaq etnik kök, ortaq mədəniyyət, ortaq tarixi-coğrafi ənənələr üzərində qurularaq daha da dərinləşdirilir. Şübhəsiz ki, dövlətlərarası münasibətlər ilk növbədə iqtisadi maraqlara, daha sonra siyasi-strateji və mədəni-tarixi bağlılıqlara əsaslanır. Bu baxımdan Azərbaycan Prezidentinin həyata keçirdiyi xarici siyasət göstərir ki, tarixi olaraq bizə aid olan coğrafiyada mövcud resursların istismarı və müstəqil Türk dövlətlərinin milli maraqları çərçivəsində reallaşdırılması dövrün tələblərindəndir”.Deputat diqqətə çatdırıb ki, Türküstan coğrafiyasından Avropaya gedən yol məhz Azərbaycan üzərindən keçir:“Azərbaycan vaxtında kommunikasiya layihələri həyata keçirdi, Bakı–Tbilisi–Qars dəmir yolunu inkişaf etdirdi, Bakı limanını genişləndirdi, Cənub Qaz Dəhlizi layihəsini uğurla icra etdi. Nəticədə transadriatik qaz dəhlizi ilə Avropaya çıxışı təmin etdi.  Zəngəzur dəhlizi də bu imkanlar çərçivəsində tamamilə yeni bir fürsət yaradır. Bu iqtisadi potensialın reallaşması üçün Azərbaycan bir daha təşəbbüskarlıq göstərir. Prezidentin Türkmənistana səfəri zamanı bu məsələlərin aktuallığı bir daha vurğulandı. Azərbaycan, Türkmənistan və Özbəkistan arasında keçirilən üçtərəfli görüşdə hər üç ölkə arasında milli resursların birgə istifadəsi və əməkdaşlıq imkanları üzrə sazişlər imzalandı. Bu, həm Azərbaycanın, həm də bütövlükdə Türk dünyasının inkişafı üçün mühüm addımdır. Azərbaycanın yaratdığı yeni siyasi reallıqlar fonunda qiymətləndirilməlidir. Xüsusilə də Zəngəzur dəhlizinin açılması ilə əlaqədar yaranacaq strateji üstünlüklər kontekstində bu istiqamət Azərbaycanın xarici siyasətinin uğurlu və perspektivli prioritetlərindən biri hesab olunur”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
demokrat.az

2Mənbələr