AZ

Suriyadakı druzların lideri: Müstəqil olmaq istəyirik

BAKI, 25 avqust. TELEQRAF

Suriyadakı druz icmasının lideri Hikmət əl-Hicri Süveyda vilayətinin ölkədən ayrılması üçün beynəlxalq dəstəyə çağırıb.

Teleqraf xəbər verir ki, onun çağırışı sosial mediada videoformatda yayılıb.

“Dünyadan və azad xalqlardan druz icmasının yanında olmalarını və bizi qorumaq üçün buranı müstəqil bir bölgə elan etmələrini xahiş edirik. Bizim macəramız druz icmasını məhv etmək məqsədi daşıyan son sınaqdan sonra yeni bir adla başlayıb”, - druzların lideri deyib.

Əl-Hicri başda ABŞ və İsrail olmaqla, druz icmasını müdafiə edən ölkələrə təşəkkür edib.

Qeyd edək ki, iyulun 13-dən başlayaraq Süveyda druz silahlıları ilə bədəvilər arasında toqquşmalara şahid olur. Hökumət qüvvələrinin prosesə müdaxiləsi bölgədə gərginliyi bir qədər də artırıb.

Suriya İnsan Haqlarını Müşahidə Qrupunun son məlumata görə, toqquşmalar 1600-dən çox insanın ölümü ilə nəticələnib. Baş verənlər fonunda İsrail druz icmasını qoruyacağına söz verərək, Dəməşqdə Prezident Sarayı və Suriya ordusunun Baş Qərargahı yaxınlığına zərbələr endirib.

Suriya Prezidenti Əhməd Şaraa regionda cərəyan edən hadisələrlə əlaqədar ölkənin parçalanmasına imkan verməyəcəklərini bəyan edib.

Seçilən
159
1
teleqraf.com

2Mənbələr