AZ

"Milan" danimarkalı futbolçunun keçidini yekunlaşdırmaq üzrədir

"Sportinq"in hücumçusu Konrad Harder karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Milan" danimarkalı futbolçunun keçidini yekunlaşdırmaq üzrədir. 

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunub. Portuqaliya klubu "Milan"ın 20 yaşlı forvard üçün göndərdiyi 24+3 milyon avroluq təklifini qəbul edib.

Qeyd edək ki, "Sportinq" Konrad Harderi ötən ilin yayında "Norşellan"dan transfer edib. Danimarka U-21 millisinin üzvü Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 51 rəsmi matçda 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Rıdvan Yılmaz: "Hər şey üçün çox darıxmışdım"

"Tottenhem"ə yox dedi, sabiq klubu hərəkətə keçdi

"Atalanta"nın forvardı "Beşiktaş"da

Belçikalı qolkiper "Yunayted"in radarında

Günün oyunları bu kanallarda

Seçilən
28
1
apasport.az

3Mənbələr