Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.
Bu barədə dövlət başçısının sosial şəbəkə hesabında paylaşım edilib.
Paylaşımda deyilir:
"Prezident Donald Trampa şəxsi imzası ilə mənə hədiyyə etdiyi tarixi fotoşəkillərə və üzərində yazdığı xoş sözlərə görə təşəkkür edirəm. Prezident Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirir və buna görə ona bir daha dərin minnətdarlığımı bildirirəm".
Qeyd edək ki, Trampın Prezident İlham Əliyevə göndərdiyi fotonun üzərində belə yazılıb: "Ilham, You are Great Leader" ("İlham, Siz böyük lidersiniz").