AZ

Milli dəyərləri və bəşəri ideyalarla qovuşduran Birinci xanım

Azərbaycanın siyasi tarixində ictimai-siyasi xadim kimi tanınan xanımların yaratdıqları xeyirxah ənənələr zaman-zaman yaşayıb və ardıcıllarını ərsəyə gətirib. Belə xanimlardan biri də özünün çoxşaxəli ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük hörmətini qazanmış, Azərbaycanın Birinci xanımı, Birinci Vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır. 

Ölkəmizdə birinci xanımlıq təsisatını yaradıb inkişaf etdirən Mehriban xanımötən illərdə bu 2 missiyanı məzmunca dolğunlaşdırıb və daha yüksək səviyyəyə qaldlrıb. Birinci xanım Mehriban Əliyeva uzun illərdir ki, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda çoxsaylı layihələrin müəllifi və təşəbbüskarı kimi çıxış edir. Onun fəaliyyəti sosial rifah, mədəniyyətin inkişafı, təhsil və səhiyyənin təkmilləşdirilməsi, eləcə də humanitar əməkdaşlığın gücləndirilməsi kimi sahələri özündə birləşdirir.

Birinci vitse-prezident kimi Mehriban Əliyeva ölkənin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasında yaxından iştirak edir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun son illərdə çoxsahəli fəaliyyətini daha da genişlənib. 

Mehriban xanımın təşəbbüsü ilə ölkəmizdə və xaricdə gerçəkləşdirilmiş diqqətçəkən layihə və proqramlara nəzər salaq: 

– Qarabağın bərpası prosesində humanitar və sosial infrastruktur layihələrinin reallaşdırılmasına dəstək göstərir. İşğaldan azad olunmuş ərazilərdə məktəblərin, xəstəxanaların və mədəniyyət mərkəzlərinin inşası prioritetlərindəndir.

– Pandemiya dövründə əhaliyə dəstək məqsədilə tibbi avadanlıqların gətirilməsi, müasir xəstəxanaların istifadəyə verilməsi və sosial layihələrin genişləndirilməsi təşkil olunub.

– “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində yüzlərlə təhsil müəssisəsi tikilib və ya əsaslı təmir olunub.

– Səhiyyə sahəsində yeni müasir klinikalar istifadəyə verilib, xüsusilə regionlarda tibbi xidmətlərin əlçatanlığı artırılıb.

– Mədəni irsin qorunması istiqamətində tarixi abidələr, məscidlər, kilsələr və digər dini-mədəni obyektlər bərpa olunub.

– Azərbaycanın mədəniyyətlərarası dialoq və tolerantlıq məkanı kimi mövqeyinin möhkəmlənməsi ilə bağlı onun təşəbbüsü ilə Bakı Humanitar Forumu, Bakı Mədəniyyətlərarası Dialoq Forumu kimi beynəlxalq tədbirlər təşkil olunub.

– Fransa, İtaliya, Rusiya kimi ölkələrdə tarixi abidələrin bərpasına dəstək göstərilir və bu, Azərbaycanın beynəlxalq humanitar əməkdaşlıqda fəal tərəfdaş olduğunu nümayiş etdirir.

– UNESCO və İSESCO xətti ilə təhsil və mədəniyyət layihələri dəstəklənir, dünya miqyasında mədəni irsin qorunmasına töhfə verilir.

Mehriban Əliyevanın təşəbbüsləri arasında aztəminatlı ailələr, uşaqlar, əlilliyi olan şəxslər və digər həssas qruplara sosial dəstək və xeyriyyəçilik də önəmli yer tutur:

– “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində yüzlərlə uşaq üçün müasir yaşayış və təhsil şəraiti yaradılıb.

– Kənd yerlərində sosial infrastruktur layihələri həyata keçirilib – su, enerji, yol və digər vacib layihələr reallaşdırılıb.

– Humanitar yardım kampaniyaları ilə minlərlə insanın həyat şəraiti yaxşılaşdırılıb.

Qarabağın dirçəlişi, xüsusilə son illərdə, işğaldan azad olunmuş torpaqlarda bərpa-quruculuq işlərinin mədəni-humanitar aspektlərinə diqqət yetirilməsi də Mehriban Əliyevanın fəaliyyətində öncül yer tutur. Fondun dəstəyi ilə Ağdam, Füzuli, Şuşa kimi şəhərlərdə məktəb və mədəniyyət müəssisələrinin tikintisi sürətlə aparılır.

Mehriban Əliyeva – Müasir Azərbaycanın inkişafına töhfə verən lider xanımdır. Onun son illərdəki fəaliyyətinin ön plana çıxan mühüm istiqamətlərindən bir neçəsi ilə yaxından tanış olaq:

Şuşa – mədəniyyət paytaxtı. Mehriban Əliyevanın təşəbbüsü ilə 2022-ci il Azərbaycanda “Şuşa ili” elan olundu. Bu qərar Şuşanın işğaldan azad edilməsindən sonra şəhərin tarixi-mədəni mərkəz kimi dirçəlməsinə güclü təkan verdi. Şuşada musiqi festivalları, mədəniyyət günləri və beynəlxalq tədbirlər keçirildi. Heydər Əliyev Fondu burada mədəni irsin qorunmasına, tarixi abidələrin bərpasına və şəhərin mədəniyyət paytaxtı statusunun möhkəmlənməsinə önəmli töhfələr verdi.

COP29 tədbirləri. Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiri “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29)”nın istər hazırlıq mərhələsində, istərsə də konfrans dövründə Mehriban Əliyevnın fəaliyyəti xüsusilə diqqətçəkən oldu. Bu istiqamətdə onun fəaliyyəti 

ekoloji maarifləndirmə layihələri, yaşıl enerji təşəbbüslərinin dəstəklənməsi, Azərbaycanda ekoloji mədəniyyətin gücləndirilməsi üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi kimi mövzu və istiqamətləri əhatə edirdi.

Sosial sahədə yeniliklər. Əlilliyi olan şəxslərin həyat şəraitinin yaxşılaşdırılması üçün yeni reabilitasiya mərkəzləri istifadəyə verilmişdir. Gənclərin inkişafı üçün innovasiya və startap layihələri dəstəklənmişdir. Pandemiyadan sonrakı dövrdə əhalinin psixoloji və sosial dəstək proqramları həyata keçirilmişdir.

Azərbaycanın birinci xanımı dövlət idarəçiliyində strateji qərarların icrasına verdiyi töhfə, humanitar və mədəni layihələrdə liderliyi, sosial yönümlü təşəbbüsləri və beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyəti ilə müasir Azərbaycanın inkişaf yolunda mühüm simalardan biridir. Onun təşəbbüsləri həm ölkə vətəndaşlarının rifahına, həm də Azərbaycanın dünyada humanist dəyərlər daşıyıcısı kimi tanınmasına xidmət edir.

Rufiz QONAQOV
siyasi elmlər üzrə fəlsəfə doktoru 

Seçilən
24
7
xalqqazeti.az

8Mənbələr