Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Paris, 25 avqust, AZƏRTAC
Fransızların böyük əksəriyyəti ölkədə Pasxa bayramının və 8 May - Qələbə Gününün (Fransada Qələbə Günü mayın 8-də qeyd olunur) ləğv edilməsinə qarşıdır.
AZƏRTAC xəbər verir ki, bu, “Odoxa” İnstitutunun keçirdiyi sorğu zamanı məlum olub. Respondentlərin 84 faizi bu bayramların ləğv olunmasını istəmədiklərini bildiriblər.
Bildirək ki, qeyd edilən təklif Baş nazir Fransua Bayru tərəfindən dövlət büdcəsinə qənaət olunması məqsədilə irəli sürülüb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.