Çempionlar Liqasına qatılmağın bir addımlığında olan "Qarabağ" daha bir transferi reallaşdırmaq üzrədir.
Milli.Az xəbər verir ki, Ağdam təmsilçisi kolumbiyalı sol vinger Kamilo Duranla razılığa gəlib.
23 yaşlı futbolçunun yaxın günlərdə Bakıya gələcəyi gözlənilir.
Duran son olaraq Portuqaliyanın "Portimonense" klubunda çıxış edib.
O, ötən mövsüm Portuqaliya 2-ci Liqasında 26 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə edib. (idmanxeber.az)
Milli.Az