AZ

Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 11 medal qazanıblar

Bakı, 25 avqust, AZƏRTAC

Azərbaycanın uşaq və yeniyetmə badmintonçuları Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə 11 medal qazanıblar.

Badminton Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Mələk Təhməzli və Muxtar Bədəlov 11, Omar Mehdi və Dəniz Əhmədli 13, Fərəc Kərimli isə 15 yaşadək badmintonçuların mübarizəsində müxtəlif kateqoriyalar üzrə medalçılar sırasında yer alıblar.

Badmintonçular turnirdə ümumilikdə 7 qızıl, 3 gümüş və 1 bürünc mükafata sahib çıxıblar.

Qeyd edək ki, Azərbaycan badmintonçuları Batumidə ənənəvi olaraq keçirilən "Youth International" turnirində ötən il 5-i qızıl, 5-i gümüş və 6-sı bürünc olmaqla 16 medal əldə etmişdilər.

Seçilən
34
7
azertag.az

9Mənbələr