AZ

"Gənclərin biznes emalatxanası" layihəsi uğurla davam edir (FOTO)

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət MəşğulluqAgentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə DövlətAgentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən "Gənclərinbiznes emalatxanası" layihəsinin iştirakçılarına aktivlərinverilməsi davam etdirilir.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 28 məzunu layihəçərçivəsində biznes təlimləri uğurla başa vuraraq, avadanlıqlarlatəmin olunublar. Onlar un məmulatlarının istehsalı, dərzi,poliqrafiya, qadın gözəllik salonu və avtoelektrik xidmətləri üzrəfəaliyyət göstərəcəklər. Artıq məzunlardan biri un məmulatlarıistehsalı üzrə sahibkarlıq fəaliyyətinə başlayıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qəbələ DövlətPeşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev "Gənclərin biznesemalatxanası" layihəsinin iştirakçıları ilə görüşüb. Görüşdə layihəilə bağlı məzunların təəssüratları dinlənilib, sahibkarlıqfəaliyyəti və gələcək planları ilə bağlı fikir mübadiləsi aparılıb.KOBİA nümayəndələri həmçinin, "Gənclərin biznes emalatxanası"layihəsindən yararlanmış gəncin təsis etdiyi "Gülüm" ŞirniyyatEvinin fəaliyyəti ilə tanış olublar.

Qeyd edək ki, "Gənclərin biznes emalatxanası" layihəsinə 2021-ciildə başlanılıb. Məqsəd peşə təhsili alan gənclərin biznesbacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinətəşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, yeni biznestəşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağınartırılmasıdır.

Layihə gənclərin əmək bazarına hazırlıqlı çıxışı və dayanıqlıməşğulluğunun təmin olunmasında da əhəmiyyətlidir. İndiyədək Bakı,Abşeron, Qəbələ, Ağdam, Cəlilabad, Tovuz, Kürdəmir, Ağstafa,Masallı, Gəncə və Şəmkir rayonlarından olan və peşə təhsiliməktəblərində təhsil almış 65 nəfər layihə çərçivəsində müvafiqavadanlıqlarla təmin edilib.

KOBİA nümayəndələri həmçinin, Agentliyin dəstəyi ilə ixracabaşlamış Qəbələnin Tüntül kəndində fəaliyyət göstərən mebel və qapıistehsalı müəssisəsində olub. Müəssisəni ziyarət zamanı sahibkarlabiznesin inkişafı və ixrac imkanlarının genişləndirilməsində dövlətdəstəyinin rolu barədə fikir mübadiləsi də aparılıb.

Seçilən
13
9
az.trend.az

10Mənbələr