Yazını böyüt
Yazını kiçilt
Taekvondo üzrə uşaqlar arasında Azərbaycan birinciliyi keçiriləcək.
Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.
Yarış sentyabrın 4-5-də Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda baş tutacaq.
Turnirdə 2014, 2015 və 2016-cı illər təvəllüdlü oğlan və qızlar 10 çəki kateqoriyaları üzrə medallar uğrunda mübarizə aparacaqlar.