AZ

Əlcəzairin 7 şəhərində meşə yanğınlarının söndürülməsi istiqamətində işlər davam edir


Əlcəzairin 7 şəhərində 16 yerdə baş verən meşə yanğınlarının çoxunun söndürüldüyü, bəzi yerlərdə isə söndürmə işlərinin davam etdiyi bildirilib.Əlcəzair Mülki Müdafiə İdarəsi verdiyi yazılı açıqlamada dünəndən etibarən Əl-Buleyda, Tizi Vizu, Boumerdas, Mila, əl-Media, Bijaye və Ayn Difla şəhərlərində 16 yerdə meşə yanğınlarının başladığını açıqlayıb.

Bildirilib ki, bu 16 məntəqədən 9-da yanğın tam söndürülüb, 3-də soyutma, 3 məntəqədə isə söndürmə işləri davam etdirilir.

Yanğınsöndürmə işlərinin qurudan və havadan davam etdiyi bildirilib.

aia.az
Tərcümə şöbəsi



Seçilən
22
aia.az

1Mənbələr