AZ

Pezeşkian "3+3" formatından danışdı

"3+3" formatında (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) danışıqlar Cənubi Qafqazda problemlərin həlli üçün daha səmərəli mexanizmə çevriləcək.

Modern.az xəbər verir ki, bu fikri İran Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

"İnanıram ki, İran və Rusiyanın iştirakı ilə "3+3" formatında danışıqlar Qafqaz regionunun problemlərinin həlli üçün daha effektiv və səmərəli mexanizmə çevriləcək", - deyə Pezeşkianın mətbuat xidməti onun sözlərini sitat gətirib.

Seçilən
12
2
modern.az

10Mənbələr