AZ

Kənan Kərimov: "Qəbələyə 3 xal üçün gəlmişdik"

"Qəbələyə, "Kəpəz"lə oyuna 3 xal üçün gəlmişdik. Sevindirici haldır ki, istədiyimizə nail olduq".

İdman.biz xəbər verir ki, bunu Sport24.az-a açıqlamasında "Karvan-Yevlax"ın vitse-prezidenti Kənan Kərimov deyib.

Komandanın sabiq baş məşqçisi futbolçuların bir-birinə uyğunlaşması üçün zamana ehtiyac olduğunu bildirib: "Azarkeşlərə və futbolçulara təşəkkür edirəm. Komanda əzmkar oyun göstərib qalib gəldi. Transferləri demək olar ki, yekunlaşdırmışıq. Yeni yaranmış komandayıq. Komandanın heyətinin 95 faizi yeni gələnlərdən qurulub. Futbolçuların bir-birinə uyğunlaşması üçün zaman lazımdır. Vaxta ehtiyacımız var. Gələcək oyunlarda uğurlu çıxış edib xal və ya xallar qazanmaq istəyirik".

Qeyd edək ki, "Karvan-Yevlax" Misli Premyer Liqasının ikinci turunda"Kəpəz"i 3:2 hesabı ilə məğlub edib.

İdman.biz

Seçilən
17
1
idman.biz

2Mənbələr