Hava limanında Baş Gömrük İdarəsi tərəfindən qaçaqmalçılıq yolu ilə keçirilən şokolad nümunələri üzərində aparılan ekspertiza sensasion nəticə verib.
Sitat.info xəbər verir ki, Müstəqil Ekspertiza Mərkəzinin direktoru Şükür Hüseynovun cəmi iki saat ərzində apardığı tədqiqat nəticəsində aşkarlanıb.
Şükür Hüseynov ekspertizanın nəticələrini bölüşüb.
Şokoladların ümumi çəkisi – 870 qram.
Nümunələr 200°C-də əridilərək homogen maye halına gətirildi.
Afinaj zamanı isə şok fakt üzə çıxdı – şokoladın içindən düz 240 qram qızıl çıxdı!
Bütün mərhələlər – çəkidən tutmuş qızılın ayrılmasına qədər – foto və video qeydə alındı. Elmi əsaslandırma...
Bu tədqiqat göstərdi ki, yüksək temperaturda əridilmə və afinaj prosesi yalnız şokoladın tərkibini deyil, həm də gizlədilmiş metallik komponentləri aşkar etmək üçün ən etibarlı üsullardan biridir. Əldə edilən nəticə həm qida təhlükəsizliyi, həm də qaçaqmalçılıqla mübarizə baxımından unikal elmi sübut kimi qiymətləndirilir.
Burada xüsusilə qeyd edilməlidir ki, ekspert az müddətdə bütün prosesi elmi əsaslarla sübut etdi və istintaq qarşısında hər şeyi aydın və obyektiv şəkildə ortaya qoydu.
Aytac,
Sitat.info