AZ

Vladimir Solovyov növbəti sərsəm iddia ilə çıxış etdi

Rusiyanın media məkanında baş təbliğatçılardan biri olan Vladimir Solovyov növbəti sərsəm iddia ilə çıxış edib.

Yenisabah.az xəbər verir ki, o, aparıcısı olduğu verilişdə rusiyalı politoloq Sergey Markovun həbs edilməli olduğunu bildirib.

Solovyov Rusiyada şaxələndirilmiş xarici kəşfiyyat şəbəkəsinin fəaliyyət göstərdiyini iddia edib. O, bu çərçivədə Markovun adını çəkmədən onu "Azərbaycanın agenti" adlandırıb. pizza sifarişi

Solovyov deyib ki, xarici təsir agentlərinin hamısının axırına çıxmaq lazımdır.

Xatırladaq ki, rusiyalı politoloq Sergey Markov öz ölkəsində xarici agent kimi tanınıb.

"Mən xarici agent deyiləm. Bunu hamı bilir. Mən 25 il ərzində Vladimir Putinin siyasətini dəstəkləmişəm və dəstəkləyirəm. Mən Kanada sanksiyaları altındayam", - deyə Markov xarici agent elan edilməsinə münasibət bildirib./Oxu.az


Telegram kanalımız
Seçilən
51
9
yenisabah.az

10Mənbələr