AZ

Durov Fransadakı həbsinin səbəbini açıqladı

"Telegram"ın həmtəsisçisi Pavel Durov bir il əvvəl həbs olunmasını Fransa polisinin səhvi adlandırıb.

Gundem.az xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.

"Mən Fransa polisinin öz səhvi ucbatından həbs olundum. 2024-cü ilin avqust ayına qədər onlar Fransa və Aİ qanunlarına məhəl qoymadılar və tələb olunan hüquqi prosedur vasitəsilə "Telegram"a sorğu göndərmədilər. Bir il sonra mənə qarşı aparılan istintaq təqsirini üzə çıxara bilməyib. Həbsimin yeganə nəticəsi Fransanın azad ölkə imicinə xələl gətirmək olub. Həbsdən bir il sonra hər 14 gündən bir Fransaya qayıtmağa məcbur olur, halbuki apellyasiya iclası günü hələ təyin olunmayıb.

Xatırladaq ki, ötən il avqustun 24-də Durov Parisdəki Le Burje hava limanında həbs edilib. Qısa müddət sonra iş adamı 5 milyon avro girov müqabilində məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Seçilən
3
4
gundem.az

5Mənbələr