AZ

Arda Güler “Real”ın Modriç və Kroosuna çevrilir

Madrid “Real”ının yarımmüdafiəçisi Arda Güler növbəti dəfə təsirli oyun sərgiləyib.

Ölkə.Az "Eurofootball"a istinadən xəbər verir ki, 20 yaşlı futbolçu “Real Oviedo”ya (3:0) qarşı görüşdə məhsuldar ötürmə ilə yadda qalıb.

Türkiyəli ulduzun çıxışı həm də unikal statistika ilə diqqət çəkib – o, səkkiz qol vəziyyəti yaradan ötürmə edib. Sofascore-un məlumatına görə, son yeddi ildə “kral klubunda” bu göstəriciyə yalnız iki oyunçu çata bilib – Toni Kroos (2019-cu ilin oktyabrı və 2021-ci ilin dekabrı) və Luka Modriç (2024-cü ilin martında).

Xatırladaq ki, Kroos 2024-cü ilin yayında karyerasını başa vuraraq “Real”ı tərk edib. Modriç isə ötən ay azad agent kimi “Milan”a keçib.

Seçilən
56
1
olke.az

2Mənbələr