Sea Breeze

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılmış tematik yoxlamalar nəticəsində üç investisiya şirkətinin fəaliyyətində “İnvestisiya şirkətlərində korporativ idarəetmə standartları”nın tələblərinə tam əməl edilmədiyi müəyyən edilib.

Yoxlamalar çərçivəsində “Capital Partners İnvestisiya Şirkəti” QSC-yə, “Assist Finance İnvestisiya Şirkəti” ASC-yə və “İnno Kapital İnvestisiya Şirkəti” ASC-yə (əvvəlki adı “PSG Kapital İnvestisiya Şirkəti” ASC) xəbərdarlıq edilib.

Mərkəzi Bank hər üç şirkətə aşkar edilmiş pozuntuların aradan qaldırılması məqsədilə icrası məcburi olan göstərişlər verib. Qurum şirkətlərdən bu tədbirləri ən qısa zamanda həyata keçirməyi tələb edib.

ETX
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX