Türkiyəli məşhur aktrisa Hande Erçel ilə iş adamı Hakan Sabançının eşqi son 3 ildir ki, gündəmdən düşmür.
Publika.az xəbər verir ki, dünya mediasının belə izlədiyi cütlük son günlərdə ayrılıq xəbəri ilə gündəmi məşğul edir.
Cütlüyün son addımları xüsusilə Hande Erçel fanatlarını şok edib. Belə ki, cazibədar aktrisa "Instagram" hesabından Hakan Sabançı ilə olan bütün fotolarını silib. Qısa müddət sonra eyni addımı Hakan Sabançı da atıb.
Halbuki, Hande ilə Hakan bu yaxınlarda İtaliyada istirahət edib və ikisi də xoşbəxtlik fotoları paylaşıblar. Maraqlıdır ki, Hande Erçel son Bodrum tətilində isə tək olub.
Bütün bunlar münasibətləri boyunca dəfələrlə ayrıldıqları iddia edilən cütlüyün bu dəfə qərarlı olduğunu göstərir.
Bundan öncə 31 yaşlı aktrisanın həmkarı Barış Arduçla baş rolları paylaşdığı "Aşkı hatırla" adlı serialda öpüşmə səhnələri gündəm olub. Bu zaman Hakan Sabançının qısqanclıq zəminində münasibəti bitirəcəyi ilə bağlı dedi-qodular yayılıb. Ancaq cütlük münasibətlərində hər şeyin yolunda olduğunu paylaşımları ilə sübut edib.
Bəs hər şey yolunda ikən niyə ayrılıq qərarı verildi? Hazırda cütlüyün fanatları bu suala cavab axtarır. Kimiləri Hande Erçelin "Rüzgara bırak", "Aşkı hatırla" layihələrinin ardınca təkrar Barış Arduçla yeni bir layihədə - “Aşk ve Gözyaşları” serialında bir araya gəlməsinin bunda rol oynadığını iddia edir.
"Gel Konuşalım" verilişində Ece Erken isə ayrılığın səbəbinin başqa bir məsələdən qaynaqlandığını açıqlayıb. Onun sözlərinə görə, cütlüyün münasibətləri avqustun əvvəlindən pisləşib.