AZ

Ailə münaqişəsi iki nəfərin bıçaqlanması ilə nəticələndiVİDEO

Gəncədə ailə münaqişəsi zəmində baş verən dava zamanı 2 nəfər bıçaq xəsarətləri alıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyov və Fərhad Əliyev küçələrinin kəsişməsində yerləşən yataqxana binasında baş verib.

Qeyri-rəsmi nikahda yaşayan 29 yaşlı Orxan Paşeyevlə 31 yaşlı Aygün Məmmədovanın uzun müddətdir davam edən gərgin münasibətini bu dəfə valdeynlər aydınlaşdırmaq istəyib.

Nəticədə Orxan və onun 55 yaşlı anası Nazlı Paşayeva bıçaq xəsarətləri alıb. Onları yaralamaqda təqsirləndirilən Aygün Məmmədovanın anası deyir ki, hadisə özünümüdafiə zəminində baş verib.

Yaralanan şəxslər təcili tibbi yardım  briqadası tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində Abbas Səhhət adına Xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə təqsirləndirilən 31 yaşlı 2 uşaq anası Aygün Məmmədova polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Araşdırma davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
19
xezerxeber.az

1Mənbələr