Çində həkimlər azyaşlı qızın başından 15 santimetrlik bıçaq çıxarıblar.
Hurriyyet.Az Milli.Az-a istinadla xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Hadisə qızın anasının təsadüfən yataq dəstini dəyişməsi zamanı baş verib. Ananın sözlərinə görə, o, döşəküzünü silkələyərkən yaxınlıqdakı bıçaq havaya qalxaraq uşağın başına sancılıb.
Lakin xəstəxana əməkdaşlarından biri başqa versiya irəli sürüb. Onun iddiasına görə, ana qızını qorxutmaq üçün bıçağı əlinə götürüb və təsadüfən uşağın başına dəyib.
Polis araşdırmadan sonra hadisəni ehtiyatsızlıq kimi qiymətləndirib və cinayət niyyəti olmadığını açıqlayıb.
Həkimlərin sözlərinə görə, uşağın kəllə sümüyünün yumşaqlığı səbəbindən o, ciddi xəsarət almayıb. Bıçaq əməliyyatla çıxarılıb və azyaşlının vəziyyəti hazırda stabildir.