AZ

İspaniyada hoteldə 100 dən çox insan zəhərlənib

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İspaniyanın Mursiya muxtar bölgəsindəki hoteldə yüzdən çox insan salmonella xəstəliyinə yoluxub.

Oxu.Az EFE agentliyinə istinadən xəbər verir ki, zərərçəkənlər qusma, ishal, qarın ağrısı və bəzi hallarda hərarətin yüksəlməsindən şikayətlənirlər.

Məlumata görə, kurort bölgədə baş verən salmonella epidemiyasından 100-dən çox insan zərər çəkib, lakin onlardan yalnız ikisi xəstəxanaya yerləşdirilib.

Hotelin mətbəxi dezinfeksiya üçün bağlanıb. Epidemioloji xidmətin əməkdaşları və qida təhlükəsizliyi müfəttişləri infeksiyanın dəqiq mənbəyini müəyyən etmək üçün mətbəxdən nümunələr götürürlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
4
oxu.az

5Mənbələr