AZ

Zəngəzur dəhlizi Türkiyə, Ermənistan ilə Azərbaycan arasında barışıq layihəsidir Ərdoğan

ain.az, Milli.az saytına istinadən bildirir.

Zəngəzur dəhlizi Türkiyə, Ermənistan və Azərbaycan arasında bir növ barışıq layihəsidir.

Milli.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi layihəsinin həyata keçməsi nəticəsində Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yeni bir mərhələyə qədəm qoyacaqdır.

Ərdoğan qeyd edib ki, avqustun 22-də təməli qoyulan 224 km-lik dəmir yolu xətti Türkiyə üçün qürur mənbəyidir. Bu dəhliz ildə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıya biləcək.

 

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
4
news.milli.az

6Mənbələr