AZ

Avtobus sürücüsü ilə sərnişin arasında dava olubVİDEO

Bakıda 2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sürücü ilə sərnişin əlbəyaxa davaya çıxıb.

Səbəb sərnişinin ödəniş etməməsi olub. Xezerxeber.az-ın məlumatına görə, sərnişin kartı oxutmadan avtobusa minib, sürücü də bununla bağlı ona xəbardarlıq edib. Lakin sərnişin aqressiv reaksiya verib. Daha sonra tərəflər bir-birinə yumruq atıblar. Nəticədə sərnişinin halı pisləşib və ətrafdakılar ona yardım göstəriblər.

Baş vermiş hadisəyə polis müdaxilə edib. Hadisə ilə bağlı "BakuBus" MMC-nin Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır. 

Daxili İşlər Nazirliyindən isə "Xəzər Xəbər"ə bildirildi ki, müvafiq ekspertizalar təyin olunub.

Nazirlikdən o da bildirilib ki, sərnişinlərə ictimai nəqliyyatdan istifadə edərkən qaydalara əməl etmələri tövsiyə olunur. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
32
1
xezerxeber.az

2Mənbələr