BAKI, 25 avqust. TELEQRAF
Moskvanın Taqanski Rayon Məhkəməsi erməni bloger Arsen Markaryanı barəsində həbs qətimkan tədbiri seçib.
Teleqraf xəbər verir ki, paytaxtın İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, Markaryan vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə ittiham edilir.
“Paytaxt İstintaq Komitəsinin müstəntiqlərinin tələbi ilə Arsen Markaryanın barəsində həbs-qətimkan tədbiri seçilib”, - İstintaq Komitəsindən bildirilib.