AZ

Erməni bloqer Rusiyada həbs edildi

Moskvanın Taqanski Rayon Məhkəməsi eməni bloqer Arsen Markaryanı vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə ittiham edərək həbs edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidmətinin teleqram kanalında məlumat verilib.

 A. Markaryan ötən gün Rusiya Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi ilə vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə şübhəli bilinərək saxlanılmışdı.

Belə ki, Markaryan videohostinq saytlarından birində vətən müdafiəçilərinin xatirəsinə təhqirlər əks etdirən video yerləşdirib. 

Seçilən
17
7
sitat.info

9Mənbələr