AZ

Anastasiya ABŞ Açıq Çempionatına qalibiyyətlə start verdi

2020-ci il mikstdə olimpiya çempionu və dünyanın 45-ci raketi rusiyalı tennisçi Anastasiya Pavlyuçenkova 2025-ci il ABŞ Açıq Çempionatına uğurla başlayıb.

90deqiqe.Az-ın məlumatına görə, ilk turda Pavlyuçenkova Ukrayna təmsilçisi Dayana Yastremska (dünyanın 31-ci raketi) ilə qarşılaşıb və 6:7 (5:7), 7:6 (7:5), 6:4 hesabı ilə qələbə qazanıb.

Matç 2 saat 40 dəqiqə davam edib. 

Qeyd edək ki, matç zamanı Pavlyuçenkova sağlamlıq problemləri ilə üzləşib. İkinci setin əvvəlində rusiyalı tennisçi həkim və fizioterapist çağıraraq qan təzyiqi və digər həyati göstəricilərini yoxlatdırıb.

Növbəti turda Pavlyuçenkova Belaruslu keçmiş dünya birincisi Viktoriya Azarenko ilə üz-üzə gələcək.

Seçilən
38
90deqiqe.az

1Mənbələr