AZ

İsrailin hava zərbələri nəticəsində ölənlərin sayı 10-a çatıb, 92 nəfər yaralanıb

İsrailin Yəməndəki husilərin mövqelərinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 10-a yüksəlib.

APA xəbər verir ki, bu barədə husilərin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Sana şəhərindəki “Xaziz” elektrik stansiyası və yanacaq doldurma məntəqəsinə endirilən zərbələr nəticəsində 10 nəfər ölüb, 92 nəfər isə yaralanıb.

Yaralılardan 21-nin vəziyyəti ağırdır.

Seçilən
22
7
apa.az

8Mənbələr