Yazını böyüt
Yazını kiçilt
"Qalatasaray" növbəti transferini reallaşdırmağa çox yaxındır.
Hafta.az xəbər verir ki, Türkiyə çempionu "Monako"nun müdafiəçisi Vilfred Sinqo anlaşıb.
"Qalatasaray" 24 yaşlı mərkəz müdafiəçisinin keçidinə görə knyazlıq klubuna 30+5 milyon avro təzminat ödəyəcək.
Vilfred Sinqo 2023-cü ilin yayından "Monako"da oynayır. O, komandanın heyətində meydana çıxdığı 60 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.