AZ

Gəncədə bıçaq xəsarəti alan ana və oğulun son vəziyyəti açıqlanıb

Gəncədə bıçaq xəsarəti alan ana və oğulun son vəziyyəti açıqlanıb.

TƏBİB-dən Sitat.info-ya  bildirilib ki, 25.08.2025-ci il tarixində saat 16:30 radələrində 2 nəfər (1 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Sol bazunun kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilən 1970-ci il təvəllüdlü və sol sarğının kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən 1996-cı il təvəllüdlü pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri stabil olan şəxslərin müalicəsi müvafiq şöbədə davam etdirilir.

Qeyd edək ki, hadisə şəhərin Fərhad Əliyev küçəsində qeydə alınıb. Daşkəsən rayon sakini 1970-ci il təvəllüdlü Nazlı Paşayeva və onun oğlu 1996-cı il təvəllüdlü Orxan Paşayev bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən isə O.Paşayevin həyat yoldaşı A.Məmmədovadır. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
14
11
sitat.info

10Mənbələr