AZ

BMT-dən 5 jurnalistin həlak olmasına reaksiya: "Qəzzada dərhal atəşkəs olmalıdır"

BMT-nin baş katibi Antonio Quterreş İsrailin Qəzza zolağında Nasser xəstəxanasına hücumunu qəbuledilməz sayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Baş katib açıqlamasında xəstəxanının ətrafındakı mülki vətəndaşlar və jurnalistlərin həlak olmasını kəskin şəkildə pisləyib.

Bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik brifinqində deyib ki, ölənlər arasında təkcə mülki şəxslər deyil, tibb işçiləri və jurnalistlərin də olması qəbleilməzdir: "Baş katib bu hadisədən dərindən kədərlənib v ə o, bölgədə dərhal atəşkəsə növbəti dəfə çağırış edir".

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
44
1
mia.az

2Mənbələr