AZ

Mercedes BMW mühərriklərinə keçir

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avtomobil dünyasında maraqlı əməkdaşlıq gündəmdədir. 

Milli.Az xəbər verir ki, Mercedes-Benz 2027-ci ildən etibarən BMW-nin dörd silindrli benzin mühərriklərindən istifadə etməyi planlaşdırır.

Məlumata görə, razılaşma BMW-nin 2.0 litrlik turbo B48 mühərrikini əhatə edəcək. Bu mühərrik həm plug-in hibrid, həm də range-extender sistemlərinə uyğunlaşdırıla bilir və yeni Euro 7 ekoloji tələblərinə cavab verir.

İstehsalın ilk mərhələdə BMW-nin Avstriyanın Steyr şəhərində yerləşən zavodunda aparılması nəzərdə tutulur. Sonrakı dövrdə ABŞ-da da istehsal variantı gündəmdədir.

BMW mühərrikləri ilə təchiz ediləcək Mercedes modellərinin siyahısında CLA, GLA, GLB, C-Class, E-Class, GLC və yaxın illərdə təqdim ediləcək "Little G" kompakt ofrouder var.

Qeyd edək ki, Mercedes-in yeni M252 mühərriki mild-hibrid sistemlər üçün uyğun olsa da, plug-in hibrid və range-extender tələblərinə cavab vermir. Bundan başqa, Çində istehsal olunduğu üçün ABŞ bazarına ixrac zamanı tarif problemləri yarana bilər.

Ekspertlər bildirirlər ki, bu əməkdaşlıq Mercedes-Benz-ə tədqiqat və inkişaf xərclərini azaltmağa, hibrid modellərin çeşidini artırmağa və Euro 7 normativlərinə cavab verməyə imkan verəcək. BMW isə əlavə gəlir və istehsal həcmlərinin artımı ilə yanaşı, rəqib markaya mühərrik təchiz etməyin prestijini qazanacaq.

Rəsmi açıqlamanın 2025-ci ilin sonuna qədər verilməsi gözlənilir.

İslam

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
2
news.milli.az

3Mənbələr