Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ-nin Cənubi Karolina ştatında küçədə 3,6 metr uzunluğunda torlu piton tutulub.
Milli.Az xəbər verir ki, hadisə ştatın Nyuberri dairəsində baş verib.
Nəhəng sürünənin bir neçə həftə ərzində Nyuberri sakinlərinin narahatlığına səbəb olduğu bildirilir.
İlan yerli sakinlər tərəfindən tutulub.
İlanın mənşəyi sirr olaraq qalır. Belə ki, Nyuberri dairəsində bu növ ilana rast gəlinmir. Pitonun əvvəllər ev heyvanı olduğu, lakin çox böyüdüyü üçün küçəyə atıldığı güman edilir. İlanı tutan şəxslərdən biri olan Uorren Qallman pitona başqa sahib tapılana qədər onu evində saxlamağa qərar verib. (Teleqraf)Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.