AZ

Fidan: Suriyada başlayan yeni dövr elə də asan deyil

Suriyanın ərazi bütövlüyünə, suverenliyinə və təhlükəsizliyinə sadiqliyimizi növbəti dəfə ifadə etdik. Amma biz bunu dekabrın 8-dən dərhal sonra da demişdik. Suriyada bir dövr sona çatdı, lakin başlayan yeni dövr elə də asan deyil.

Operativ Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar sessiyası barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Çətinlik daha böyükdür. Problemli sahələr daha aydın göründü və daha aydın bir dövr başladı. Burada Türkiyənin məsuliyyəti çoxdur", - nazir bildirib.

Nazir Suriyanın ciddi investisiyalara və infrastrukturun yenilənməsinə ehtiyacı olduğunu diqqətə çatdırıb.

Seçilən
15
7
operativmedia.az

8Mənbələr