AZ

“Putin Kiyevə bomba atır, mən buna çox əsəbiləşirəm” –TRAMP

ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında Ukrayna və Avropa liderləri ilə görüşdən sonra təkrar telefon danışığı baş tutub.

Bu barədə ABŞ Prezidenti Ağ Evdə jurnalistlərlə görüşü zamanı açıqlayıb.

“Onunla etdiyim hər söhbət yaxşı müzakirədir. Sonra təəssüf ki, Kiyevə, ya da harasa bomba atılır və mən buna çox əsəbiləşirəm. Düşünürəm ki, biz müharibəni bitirəcəyik. Bu, çətin işdir”, – deyə Tramp bildirib.

O əlavə edib ki, Putinin Alyaskaya getməsi müharibəni bitirmək istəyinin ən böyük göstəricisidir.

AzPost.az

Seçilən
110
11
azpost.info

10Mənbələr