AZ

Almaniya XİN rəhbəri: “Putin sülhə hazır olduğunu nümayiş etdirməlidir”

Almaniya Xarici İşlər naziri Yoxann Vadeful bildirib ki, ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında üçtərəfli görüşün baş tutma ehtimalı azdır.

Editor.az xəbər verir ki, Vadeful bu açıqlamanı Xorvatiya Xarici İşlər naziri Qordan Qrliç Radman ilə birgə keçirdiyi mətbuat konfransında verib.

Nazir vurğulayıb ki, Putin “vaxt qazanmaq deyil, sülhə hazır olduğunu göstərməlidir”.

Vadeful həmçinin qeyd edib ki, Ukrayna “dönüş nöqtəsindədir” və ölkə özünü qorumaq üçün dəstəyə ehtiyac duyur. “Sülh danışıqlarına doğru irəliləyiş müsbət addımdır”, – deyə o əlavə edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
33
editor.az

1Mənbələr