AZ

ABŞ Rusiya və Çinlə birlikdə nüvə arsenalını azaltmaq niyyətindədir

Vaşinqton, 25 avqust, AZƏRTAC

Prezident Donald Tramp ABŞ və Rusiyanın nüvə arsenallarının azaldılmasını müzakirə etdiklərini açıqlayıb.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Biz Rusiya ilə həmçinin raketlərdən, nüvə silahlarının məhdudlaşdırılmasından və bir çox başqa mövzulardan danışırıq. Biz Çini də buna cəlb edəcəyik. Ən çox nüvə silahı bizdədir. Rusiya ikinci, Çin üçüncüdür. Pekin 5 ildən sonra bizə çatacaq. Biz nüvəsizləşdirmənin tərəfdarıyıq", - deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
4
1
azertag.az

2Mənbələr