AZ

Kiyevə Norveçin baş naziri gəldi

Kiyevə rəsmi səfərə Norveçin baş naziri Yonas Gar Stere gəlib.

Editor.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının rəhbəri Andrey Ermak məlumat verib.

Ermak bildirib ki, baş nazir Ukrayna Xarici İşlər naziri Andrey Sibiqa tərəfindən qarşılanıb.

“Ukrayna üçün həqiqi müttəfiqlərin dəstəyini hiss etmək çox vacibdir. Norveç həmişə xalqımızın yanındadır, müdafiə sahəsində əhəmiyyətli dəstək göstərir və biz bu etibarlı həmrəyliyi yüksək qiymətləndiririk”, — deyə Ermak qeyd edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
21
editor.az

1Mənbələr