AZ

Vitse-kansler: Almaniya Ukraynaya ildə 9 milyard avro ayıracaq

BAKI, 25 avqust. TELEQRAF

Almaniya hakimiyyəti Ukraynaya dəstək üçün hər il 9 milyard avro ayırmağı planlaşdırıb.

Teleqraf “Bild” nəşrinə istinadən xəbər verir ki, bunu Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl Kiyevə səfəri zamanı bildirib.

Vitse-kansler deyib: “Almaniya hakimiyyətinin Ukraynaya dəstəyi davam edəcək. Ukraynaya hər il doqquz milyard avro məbləğində dəstək verəcəyik".

Qeyd edək ki, Almaniya 2022-ci ilin fevral ayının sonundan bəri Ukraynaya dəstək üçün ümumilikdə 50,5 milyard avro xərcləyib.

Seçilən
1
2
teleqraf.com

3Mənbələr