AZ

Bu gün Azərbaycanda Laçın şəhəri günü qeyd olunur

Bakı. Trend:

Bu gün Azərbaycanda 26 avqust - Laçın şəhəri günü qeydolunur.

2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləriAzərbaycan ordusunun tam nəzarəti altında keçib.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən,Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verilib.Lakin Laçın dəhlizi Laçın şəhərindən keçdiyinə görə, şəhər Rusiyasülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında qalıb.

Azərbaycan tərəfindən alternativ yolun istifadəyə verilməsindənsonra ordumuz 26 avqust 2022-ci ildə Laçın şəhərinə yerləşib, eynizamanda Zabux və Sus kəndləri nəzarətə götürülüb. ŞəhərdəAzərbaycan bayrağı ucaldılıb.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti, Ali BaşKomandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığıQələbə sayəsində Ağdam və Kəlbəcərdən başqa Ermənistan Laçınrayonunu da tərk etməyə məcbur olub.

Laçın şəhəri gününün qeyd olunması ərəfəsində, avqustun 25-dəkeçmiş məcburi köçkün ailələrinin Laçın rayonunun Zabux kəndinəqayıtmasının birinci mərhələsinə başlanılıb. Bu mərhələdə artıq 20ailə, yəni 88 nəfər yenidən tikilən evlərində məskunlaşıb.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanınmüzəffər Ordusu sayəsində keçmiş məcburi köçkünlər artıq öz doğmatorpaqlarında yenidən yaşaya bilirlər.

Məqalədə:
Seçilən
25
6
az.trend.az

10Mənbələr