AZ

“Mançester Yunayted”in futbolçusu İspaniyaya doğru

“Mançester Yunayted”in futbolçusu Antoni karyerasını yenidən İspaniyada davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, “Betis” braziliyalı vingeri heyətinə qaytarmaq üçün danışıqları sürətləndirib. Məşhur insayder Fabritsio Romanonun məlumatına görə, tərəflər razılığa yaxınlaşır.

Qeyd edək ki, 25 yaşlı Antoni ötən mövsümün ikinci yarısını icarə əsasında “Betis”də keçirib. Braziliya millisinin üzvü La Liqa klubunun heyətində 26 oyunda meydana çıxaraq 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Seçilən
2
idmanxeber.az

1Mənbələr